Qaraqanın “qanı qaraldı”

3 Oktyabr 2012 11:07 (UTC+04:00)

Gənclər arasında Qaraqan kimi tanının məhşur reper Elxan Zeynallının konserti təxirə düşüb. SİA-nın məlumatına görə, reper bu haqda öz Facebook səhifəsində yazıb. Artıq 3 aydır hazırlığı gedən konsertin təşkilatçıları bəzi problemlərlə qarşılaşıb.

Qeyd edək ki, alınan biletlər 6 oktyabr tarixində Əl Oyunları Sarayının kassalarına qaytarıla bilər.

Xanım Nağıyeva