Yığmamız ABŞ komandasını məğlub edib

3 Oktyabr 2012 10:09 (UTC+04:00)

İspaniyanın Alikante şəhərində təşkil olunmuş beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. Siasport.az saytının məlumatına görə, ABŞ komandası ilə qarşılaşan futbolçularımız Elnur Cəfərovun vurduğu qol sayəsində 1:0 hesablı qələbə qazanıb.

Xatırladaq ki, yığmamız turnirdə keçirdiyi ilk oyunda Kanada komandası ilə 2:2 hesablı heç-heçə etmiş, Meksika yığmasını isə məğlubiyyətə uğratmışdı - 2:0.

3 turdan sonra Azərbaycan yığması 7 xalla turnir cədvəlinə başçılıq edir.

Futbolçularımız növbəti oyununu oktyabrın 4-də, Bakı vaxtı ilə saat 19:00-da, Birləşmiş Ərəb Əmirlikləri komandasına qarşı keçirəcək.


1

Azərbaycan

3

2

1

0

5-2

7

2

Meksika

3

2

0

1

9-2

6

3

ABŞ

3

2

0

1

4-2

6

4

Kanada

3

1

1

1

5-7

4

5

Mərakeş

3

1

0

2

4-5

3

6

BƏƏ

3

0

0

3

0-9

0