"Ermənistan Parlamenti ədalətsizlik etdi"

3 Oktyabr 2012 06:09 (UTC+04:00)

Ermənistanın keçmiş xarici işlər naziri, parlamentin deputatı Vardan Oskanyan toxunulmazlıq hüququndan məhrum edilməsinə münasibət bildirib. Sabiq nazir Facebook səhifəsində belə yazıb: "Bir qədər əvvəl parlament məni deputat toxunulmazlığından məhrum etdi. Bu, mənə qarşı ədalətsizlik deyil. Bu, xalqımıza, sadə vətəndaşa, gənc nəsilə və ümumilikdə ölkəmizin taleyinə qarşı ədalətsizlikdir".