Gənclər, rəqs etməyə hazırsınız? FOTO

2 Oktyabr 2012 16:27 (UTC+04:00)

Avropa Yayımları Birliyi "Eurovision Young Dancers" yarışmasını davam etdirmək qərarına gəlib. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu dəfə "Eurovision" Gənc Rəqqaslar müsabiqəsinə Polşanın Qdansk şəhəri ev sahibliyi edəcək.

Rəqs şousunun 2013-cü il iyunun 14-də keçirilməsi nəzərdə tutulub. "Eurovision Young Dancers"in icraçı rəhbəri Vladislav Yakovlev deyib ki, 2011-ci ildə Osloda yeni formatda keçirilən ilk yarışmadan sonra bir çox ölkə bu tədbirdə iştirak etməyə maraqlı olduqlarını ifadə edib. Elə bu səbəbdən müsabiqənin davamlı keçirilməsinə qərar verilib.