Flora Kərimova haqqında qızı nələr dedi?

2 Oktyabr 2012 16:22 (UTC+04:00)

Azərbaycanın xalq artisti Flora Kərimovanın qızı Zümrüd anası haqqında danışıb. SİA-ya açıqlama verən Zümrüd xanım bunları deyib: "Flora Kərimova ana kimi mənə çox doğmadır. Onun həyatda olması mənə qüvvə verir. Uşaqlıqdan onun sevgisinin əhatəsində olmuşam. Anamın çox zəngin daxili dünyası var. O, ana kimi möhtəşəm bir insandır. Anam hər zaman hər deyilən sözə cavab vermək lazımdır deyir. Ancaq mən onunla eyni fikirdə deyiləm".

Xalq artistinin qızı anasının tək olmadığını da diqqətə çatdırıb: "Anam bəzən özünü tənha hiss edir. Mən isə belə düşünmürəm. Çünki o, hər zaman onu sevənlərin əhatəsində olur. Odur ki, belə insan özünü tənha hiss edə bilməz. Kaş bütün insanlar anam qədər hörmət görərdi".