Məhşurun qırmızı paltarı göz qamaşdırdı

2 Oktyabr 2012 15:54 (UTC+04:00)

Dünyaca məhşur müğənni Lady Gaga bu dəfə də diqqətləri öz üzərinə cəlb edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 26 yaşlı müğənni əynindəki qırmızı və dar paltarı ilə hər kəsi heyran edib. İfaçı olduqca gözəl görünüb. Pop ulduz İtaliyada Donatella Versaceni ziyarətə gedib. 57 yaşlı dizayner müğənni ilə foto çəkdirməkdən məmnunluğunu dilə gətirib.

Qeyd edək ki, bu yaxınlarda müğənni hədsiz köklüyü ilə qalmaqal yaratmışdı.