Elçin Məmmədova UEFA-da vəzifə verildi

2 Oktyabr 2012 15:33 (UTC+04:00)

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Elçin Məmmədov 1 il müddətində UEFA-nın Klubların lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsində assistent vəzifəsində çalışacaq. Siasport.az saytının məlumatına görə, E.Məmmədov artıq Avropa futbol qurumundakı vəzifəsinin icrasına başlayıb.