Yollar yenidən qurulur FOTO

2 Oktyabr 2012 13:55 (UTC+04:00)

Şamaxı-Padar avtomobil yolu yenidən qurulur. "Azəryolsevis" ASC-dən SİA-ya verilən məlumata görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 121-ci km-dən başlayan yolun 28 km hissəsi asfalt-beton, qalan 25 km hissəsi isə qara örtüklüdür. 80 faizdən çox hissəsi istismara yararsız vəziyyətdə olan 53 km-lik hissədə əksər yerlərdə torpaq yatağı aşınmaya məruz qalmış, yol geyimində çoxlu sayda sınmalar, çalalar,çökmələr yaranıb. Yol boyu 1 ədəd körpü, Bakı-Tbilisi dəmir yolu xətti üzərində yol ötürücüsü və 42 ədəd suötürücü boru var.

3-cü texniki dərəcəyə uyğun yenidən qurulması davam etdirilən yolda artıq 10 km hissəyə 3 qat asfalt-beton örtük salınıb, 27km məsafədə isə yolun əsasının tikintisi başa çatdırılıb.

Qeyd edək ki, bu yol Bakı-Qazax-Gürcüstan sərhədi və Bakı-Şamaxı-Yevlax avtomobil yollarını respublikanın cənub, cənub-qərb rayonları ilə əlaqələndirir.