"Vest Hem" yeni mövsümdə ilk qələbəsini qazandı

2 Oktyabr 2012 13:45 (UTC+04:00)

Dünən futbol üzrə İngiltərə Premyer Liqasının 6-cı turuna yekun vurulub. Siasport.az saytı xəbər verir ki, "Kvins Park Reyncers" klubu öz meydanında "Vest Hem"i qəbul edib. Fasiləyə 0:2 hesabı ilə geridə yollanan meydan sahibləri, yalnız ikinci hissədə təsəlli qolu vurmağa nail olublar. Beləliklə yeni mövsümdə ilk qələbəsini qazanan "Vest Hem", turnir cədvəlindəki vəziyyətini xeyli yaxşılaşdırmağa nail olub.