Turqut Özalın məzarı açıldı FOTO

2 Oktyabr 2012 11:03 (UTC+04:00)

Türkiyənin mərhum prezidenti Turqut Özalın məzarının ekshumasiyası başlayıb. SİA-nın türk mətbuatına istinadla verdiyi məlumata görə, 8-ci prezident olan T.Özalın öldürülməsi iddialarının ortaya çıxmasından sonra prokurorluq dəqiq səbəbləri müəyyənləşdirmək üçün son varianta əl atıb.

Bu gün səhər saat 08:30-da onun məzarını açmaq üçün qəbristanlığa 2 texnika və polislər gəliblər. Bununla yanaşı, məzarda bomba axtaran mütəxəsislərdə öz işlərini icra ediblər.

Qeyd edək ki, məzarın ətrafı qəbirdə aparılacaq işlərin kənardan görülməməsi üçün lövhələrlə bağlanıb.