FİFA və AFFA əməkdaşları qarşı-qarşıya

2 Oktyabr 2012 11:17 (UTC+04:00)

"Şəfa" stadionunda FİFA və AFFA əməkdaşları arasında maraqlı qarşılaşma keçirilib. Siasport.az saytının məlumatına görə, oyun yoldaşlıq görüşü xarakteri daşıyıb.

FİFA əməkdaşları "İnter" PİK-in rəhbərliyinə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 turnirinin oyunları zamanı "Şəfa" stadionunda yaradılmış şəraitə və təşkilatçılığa görə minnətdarlıqlarını bildirdiblər.

Xatırladaq ki, "Şəfa" stadionunda çempionatın 2 oyun keçirilib. Burada Kolumbiya-Kanada və Yaponiya-Meksika komandaları qarşılaşıb.