Rail Məlikovun komandası qələbə qazandı

2 Oktyabr 2012 11:09 (UTC+04:00)

Azərbaycanlı futbolçu Rail Məlikovun çıxış etdiyi "Dənizlispor" Türkiyə PTT Birinci Liqasında "Göztəpə" ilə qarşılaşıb. Siasport.az saytının məlumatına görə, oyunda cəmi 1 qol vurulub. İsmayıl Odabaşı 85-ci dəqiqədə fərqlənməklə "Dənizlispor"a qələbə qazandırıb.

Qeyd edək ki, Rail Məlikov matçda 90 dəqiqə meydanda olub.

"Dənzilispor" 5 turdan sonra 9 xalla turnir cədvəlində 5-ci pillədə yer alıb.