Nigeriya yığması Bakıda ölkəsinin müstəqillik gününü qeyd etdi

2 Oktyabr 2012 10:47 (UTC+04:00)

Hazırda FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 üçün ölkəmizdə olan futbol üzrə 17 yaşadək qızlardan ibarət Nigeriya milli yığması qaldıqları oteldə ölkələrinin müstəqillik gününü qeyd ediblər. Siasport.az saytının məlumatına görə, çempionatda uğurla çıxış edən və 1/4 final mərhələsinə vəsiqə qazanan Nigeriya yığması nahar fasiləsi zamanı bütün komanda yoldaşları ilə görüşərək onlar üçün önəmli olan tarixləri bir arada keçiriblər. Gənc futbolçular daha sonra Dənizkənarı Milli Parkda gəzintiyə çıxaraq əyləncələrini orada davam etdiriblər.