Qış vaxtına nə vaxt keçiləcək?

2 Oktyabr 2012 10:10 (UTC+04:00)

Azərbaycan Nazirlər Kabinetinin 17 mart 1997-ci il qərarına əsasən, hər il oktyabr ayının sonuncu bazar günü ölkədə qış vaxtına keçilir. SİA-nın xəbərinə görə, qərarın icrasına nəzarəti Standartlaşma, Metrologiya və Patent üzrə dövlət komitəsi həyata keçirir. Bu il də oktyabrın 28-də səhər saat 05:00-da saatın əqrəbləri bir saat geri çəkiləcək. Bununla da Azərbaycanda qış vaxtına keçiləcək.