Almaniyalı professorlar ADU-da seminar keçir

2 Oktyabr 2012 00:02 (UTC+04:00)

Azərbaycan Dillər Universitetində (ADU) Almaniyanın Frayburq Universitetinin 2 professoru Ursula Elsner və Yutta Heppekausen seminar

keçir. Seminarda Almaniyalı professorlar IV kurs tələbələrinə yazıçı Georg Büxnerin "Voyçek (Woyxeck)" əsərinin təhlinin əsas aspektlərindən danışacaqlar. SİA-nın xəbərinə görə, iki gün davam edəcək seminarın ilk günü professorlar tələbələrə əsər haqqında

geniş məlumat veriblər.

Qeyd edək ki, Ursula Elsner Avropada "Anna Segers" cəmiyyətinin sədridir. Xatırladaq ki, ADU ilə Frayburq Universiteti arasında əməkdaşlığa dair 2009-cu ildə müqavilə imzalanıb.