Aleks "Fənərbaxça" ilə vidalaşdı!

1 Oktyabr 2012 22:04 (UTC+04:00)

Artıq, Aleks De Souza İstanbulun "Fənərbaxça" futbol klubu ilə vidalaşdığını rəsmən şəxsi twitter səhifəsindən elan edib. Siasport.az saytı xəbər verir ki, dünən axşam səfərdə "Kasımpaşa"ya 0:2 hesabı ilə məğlub olan və bunun əsas günahkarı kimi kapitan A.D.Souzanı göstərən "Fənərbaxça" rəhbərliyi, braziliyalının bir daha komandada çıxış etməməsinə qərar verib. Bu gün isə braziliyalı futbolçu əvvəlcə klubun bazasındakı şəxsi əşyalarını toplaylıb, daha sonra isə hər kəslə vidalaşaraq evinə gedib. Braziliyalı futbolçu bir neçə saat bundan əvvəl öz şəxsi twitter səhifəsindən bəyan edib ki, artıq bütün məsələləri həll edib və sabah Braziliyaya yollanacaq. "Fənərbaxça"nın bir futbolçu itirdiyini yazan braziliyalı, bunun əksinə olaraq bundan sonra daima "Fənərbaxça"nın sadiq azarkeşi olaraq qalacağını bəyan edib.