Sükut pozulmayacaq

1 Oktyabr 2012 19:38 (UTC+04:00)

"İctimai Palata"nın koordinasiya şurasında baş verən kadr axınından sonra qurumun üzvləri də bir-bir, beş-beş "İP" sıralarını tərk etməyə başladılar. Kadr axınının başlıca səbəbi İ.Qəmbərlə Ə.Kərimlinin "vahid namizəd" titulunu bölə bilməmələri ilə əlaqədar olmuşdur. Bu yerdə atalarımızın "balıq başdan iylənər" misalı lap yerinə düşür. "İP"-in başında oturanlar öz aralarında ümumi dil tapa bilmir və sıravi üzvlər onların ətrafında əeyrəkləşməli yox, əksinə, sıxlaşmalıdırlar. Odur ki, ovuclarına tüpürüb birlikdə qərar çıxararaq, "övcundakı nədir?" Nağıl! Hər kəs evinə dağıl!" deyərək, evlərinə dağılmışdırlar.

Kadr axını zaqda İsaya məlumat istirahət düşərgəsində çatdı. O, dərhal Pənah Hüseynə zəng etdi və geri qayıtmasının "palata"da ümumi işə fayda verəcəyini bildirdi. P.Hüseyn də dedi ki, "Siz iki lider bizi barmağınıza dolayıbsınız? Birincilik uğrunda bir-birinizi qırırsınız. Biz isə böyük əziyyətlər bahasına sizin üçün ideoloji, strateji və taktiki platformalar qururuq. Budur bizə verdiyiniz qiymət?". İ.Qəmbər də yağlı dilini işə salıb "etmə-eləmə, sən bizim bazımızı ucalıqlara qaldıran yeganə "ideyalar generatoru"muzsan, qayıt "İP"-ə", dedi. Pənah bəy daş atıb, başını tutdu: "Keçəl suya girən deyil. Daha bıçaq sümüyə dirənib. Sən lap bu məqamlarda papağımı başımdan götürüb, "palata"nın ortasına atsan da, qayıdıb onu götürmərəm. Artıq bir neçə şura üzvü danışmışıq. İndi suyum süzülə-süzülə geri qayıtsam, sonra onların üzlərinə necə baxacam?". İ.Qəmbər onun kimilərlə sözləşdiyini soruşdu. P.Hüseynlv cavab verdi: Məgər onlar birdi-beşdi? Biri elə Köçəri Nağıbəyli, ikincisi Zəfər Quliyev, qə bilim, Leyla Əliyeva, Qələndər Muxtarlı, Ərəstun Oruclu… Gedənlər daha çoxdu. Qayıtmaq qeyri-mümkündü. Çünki "öldü var, döndü yox" demişik". İ.Qəmbərin əli üzündə qaldı və deməyə söz tapmadı. Başa düşdü ki, artıq "palata"nın kitabı bağlanıb.

Doğrudan da, "palata" reanimasiya şöbəsinə göndərilmişdi. Onun diriləcəyini gümana gətirmək də düzgün olmazdı. Çünki bu dağılma o biri dağılmalara bənzəmir. Artıq narıncı xalata bürünmüş "palata" yoxdur. Hazırda "palata"nın xarabalıqlarında qənimət qoxusu duyaq bir neçə qarğa-quzğun dolaşır. İ.Qəmbər onların köməyi, ilə "İP"-i dirildə biləcəkmi? Deyəsən, o, buna nail olmayacaq. Çünki it də gedib, "İP" də. Özü də, Müsavat icra aparatının rəhbəri Arif Hacılı 2013-ci ilin müxalifət üçün uğurlu olacağını bildirmiş və həmkarlarını inqilabi mübarizəyə çağırmışdı. İndi "İP"-də, nə də "Məşvərət Məclisi"ndə nəinki inqilab güc, üsyançı və ya qiyamçı gücü yoxdur. İndi müxalifətçilərin heç mitinq və piket keçirməyə elektoratı çatışmır, nə qüvvəsi, nə də həvəsi. Qarşılıqlı ittihamlar bütün müxalif qurumlarda baş alıb geğməkdədir. Nə liderlər, nə onların elitar ətrafı, nə də sıravi üzvlər nə edəcəklərini bilmirlər. O ki, qaldı "İP"-ə, "Məşvərət Məclisinə", "Müqavimət Hərəkatı"na və digər alternativ qurumlara, inamla demək olar ki, bunların heç birinin nə ideoloji konsepsiyası, nə taktiki gedişi, nə də tutarlı bir təklifləri yoxdur ki, onu əldə rəhbər tutub, "müxalifətin işıqlı sabahına doğru" irəliləsinlər. Hazırda onların gündüzləri didişmə, qalmaqal, hədyan, əlbəyaxa olmaq, söyüş və nifrin yağdırmaqdır. Üz-üzə duranların hər biri özünün haqlı olduğunu iddia edir, öz sərsəm təklifini mövcud durumda ən münasib hesab edib, onu tez-tez təkrarlayır və bu zaman qarşıduran tərəfin təklifinin mahiyyətinə diqqət yetirmir. Gecələri isə zülmət qaranlığa bürünüb. "Məşvərət Məclisi" 7-8 liderdən ibarət birlik formasının iki-üç lideri olan blokdan daha münasib olduğunu gözə soxur. İ.Qəmbər və Ə.Kərimli isə "İP"-də bir araya gəlməyi lüzumsuz hal hesab edir. Bunların hər biri növəti prezident seçkilərinə təklikdə gedəcəyini bildirir. Hazırda seçkilərə təklikdə getmək istəyən müxalif qurum liderlərinin sayı get-gedə artmaqdadır. Bu da müxalifətin uğursuz gələcəyindən xəbər verir. Dərin sükut davam etməkdədir. Bu sükutun nə vaxtsa pozulacağına ümid yoxdur.