“Milli arxiv fondu” haqqında qanuna dəyişikliklər edildi

1 Oktyabr 2012 17:55 (UTC+04:00)

Milli Məclisin iclasında "Milli arxiv fondu" haqqında qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, dəyişiklik barədə parlamentin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov məlumat verib. O bildirib ki, layihə Azərbaycan prezidentinin imzası ilə Milli Məclisə daxil olub. Dəyişikliyə əsasən, fövqəladə hallar orqanlarına əlavə səlahiyyətlər verilir. Qanunun 8 maddəsində əlavə olaraq göstərilir ki, milli təhlükəsizlik, sərhəd xidməti, miqrasiya xidməti, penitensiar xidmət, xarici işlər, daxili işlər orqanları və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanları ilə yanaşı, fövqəladə hallar orqanlarında da arxiv fondlarının mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçiriləcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə çıxarılaraq qəbul olunub.