Məşhur cinayətkarların şəxsi əşyaları hərraca çıxarılıb

1 Oktyabr 2012 17:35 (UTC+04:00)

Barələrində müxtəlif səpkili filmlər çəkilən amerikalıların əfsanələşdirdiyi cinayətkarlar Bonni Parker və Klayda Berrounun silahları hərraca çıxarılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Britaniyada keçirilən hərracda silahları Texasdan olan kolleksiyaçı satın alıb.

Bundan başqa "Böyük Böhran" illərində terrorçuluqla məşğul olan bu cütlükdən başqa hərracda Al Kaponenin yazdığı lirik mahnının notları, başqa bir məşhur cinayətkar Con Dillincerin şəxsi əşyaları da satılıb. Bu əşyalara milyonlarla dollar məbləğ qoyulduğu bildirilsə də, hansı qiymətə satıldığı açıqlanmır.