Dünyadakı yaşlı insanların sayı 2 milyarda yüksələcək

1 Oktyabr 2012 17:22 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının (BMT) apardığı araşdırmalara əsasən inkişaf etmiş ölkələrin ən böyük problemlərindən biri olan yaşlı əhalinin 2050-ci ildə 2 milyarda çıxması gözlənilir.

SİA-nın türk mətbuatına istinadan verdiyi məlumata görə, araşdırmalarda 1950-ci ildə 60 yaşı olan 205 milyon adam var idisə, 2012-ci ildə bu rəqəm 810 milyona yüksəlib. 2050-ci ilə qədər isə göstəricinin 2 milyarda qədər artması güman olunur.

Ömər Xıdırov