Milli Məclisdə yeni təyinat

1 Oktyabr 2012 16:36 (UTC+04:00)

Milli Məclisin bugünki iclasında "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" qərara dəyişiklik və əlavə olunub. SİA-nın xəbərinə görə, dəyişiklik və əlavəyə əsasən, işçi qruplarına yeni sədrlər təyin edilib. Belə ki, Azərbaycan-Çili parlamentlərarası İşçi qrupunun sədri Muxtar Babayev, Azərbaycan-Peru parlamentlərarası İşçi qrupunun sədri Hacı Salayev, Azərbaycan-Uruqvay parlamentlərarası İşçi qrupunun sədri isə Cavanşir Feyziyev seçilib.

İclasın davamında həmçinin parlamentin 2012-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiq olunub.