Azərbaycan Beynəlxalq Simpoziumda iştirak edir

1 Oktyabr 2012 16:22 (UTC+04:00)

ADNA TGT-nin sədri Albaniyada keçirilən Beynəlxalq Simpoziumda iştirak edir

Azərbaycan Dövlər Neft Akademiyasının Tələbə Gənclər Təşkilatının (ADNA TGT) sədri Həbibə Sadıqlı Albaniyanın paytaxtı Tiranada cari ilin 1-3 oktyabr tarixlərində keçirilən "Gənclər siyasətində kooperasiya və qeyri-formal təhsil üsulları" adlı beynəlxalq simpoziumda iştirak edir. ATGTİ-dan SİA-ya verilən məlumata görə, 21 ölkədən nümayəndələrin iştirak etdiyi beynəlxalq simpoziumda, Qafqaz regionundan yalnız Azərbaycan təmsil olunur.

Əsas məqsəd müxtəlif ölkələrin gəncləri arasında təcrübə mübadiləsi prosesini dəstəkləmək olan simpoziumda ADNA TGT sədri Həbibə Sadıqlı təqdimat keçirərək ATGTİ və ADNA TGT-nin fəaliyyəti haqqında ətraflı məlumat verəcək.

Simpozium çərçivəsində iştirakçılar həmçinin qeyri-formal təhsil sahəsində yeni, daha səmərəli inkişaf üsullarını müzakirə edəcək, Şərqi Avropa ölkələrinin bu sahədə əldə etdikləri nailiyyətlərlə tanış olacaqlar.