"Rusiya Ermənistanı silahlandırır" FAKT

1 Oktyabr 2012 15:31 (UTC+04:00)

Son zamanlar rus hərbi bazasından hərbi texnikanın Gümrüyə verilməsi ilə bağlı xəbərlər gündəmdədir. Məsələ ilə bağlı SİA-ya açıqlama verən keçmiş hərbçi Rəhim Qazıyev məsələ ilə bağlı Rusiyanı günahlandırıb: "Ümumiyyətlə biz Rusiyanın Dağlıq Qarabağ hadisələrinə və münaqişə tərəflərinə olan münasibətini çoxdan dərk etmişik. Rusiya Ermənistanla tərəfdaş olduğunu hər fürsətdə açıq elan edir. Rusiya tərəfi Ermənistanı dəstəkləməklə Qafqaz regionunda uğur qazana biləcəyini düşünür. Bu isə Rusiyanın ən böyük strateji səhvidir. Çox keçməyəcək ki, Rusiyanın maraqlarını satan, məhz elə Ermənistan olacaq. Biz birdəfəlik dərk etməliyik ki, bundan sonra işğal altında olan toraqları sülh yolu ilə geri qaytarmaq mümkün deyil. Çox təəssüf ki, 1994-cü ildə Atəşkəs protokolu imzalanan zaman Ermənistanın sülh yolu ilə razılaşmadığı təqdirdə, torpaqlarımızı hərbi yolla ala biləcəyimizə dair bənd qeyd olunmayıb. Bu gün Rusiya, Fransa, ABŞ ermənilərin ədalətsiz mövqelərini müdafiə edirlər. Mən hesab edirəm ki, bizim ATƏT-in Minsk qrupundan imtina etməyimizin vaxtı keçib. Onlar ancaq bizim "başımızı aldadır". ATƏT bu məsələnin sağalmaz yaraya çevrilməsi üçün əlindən gələni edir və edəcək".