İki ölkə arasında yeni layihəyə başlamaq olar

1 Oktyabr 2012 15:29 (UTC+04:00)

"Azərbaycan – Qırğız gənclərinin I Forumu"nda xeyli sayda gəncin bir arada olması və onlarla birgə müzakirələrin həyata keçirilməsi, diskussiyaların təşkili Qırğızıstan gəncləri haqda müəyyən fikirlər, təsəvvürlər yaradır. Bunu SİA-ya Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyasi Təşkilatının (AGAİT) sədri Gülsəl Səfərova bildirib. Onun sözlərinə görə, Azərbaycan dövləti əsasən Avropaya inteqrasiya modelini üstün tutur:

"Qırğızıstan gəncləri ilə söhbət əsnasında məlum oldu ki, onların gənclər sektorunda yeni bir mərhələ başlanır. Bu da ona dəlalət edir ki, artıq Azərbaycan və Qırğızıstan Gənclər təşkilatları arasında yeni bir layihəyə başlamaq olar. Həmin layihədə də əsas məqsəd Qırğızıstan və Azərbaycan reallıqlarını Avropanın diqqətinə çatdırmaqdır. Hesab edirəm ki, bu forumlar həm də ona görə xüsusi əhəmiyyət kəsb edir ki, hər iki ölkənin gəncləri bir-biri tanış olub, fikir mübadiləsi aparsınlar".