Xatirə İslamla Rüfət Axundovu nə birləşdirir?

1 Oktyabr 2012 15:05 (UTC+04:00)

Azərbaycan estradasının tanınmış müğənnisi Xatirə İslam şou-biznesdə ona yaxın olan dostunun adını açıqlayıb. SİA-ya açıqlama verən müğənni dostu ilə birgə yaşadığı illərə də nəzər salıb: "Həmkarlarım arasında mənə ən yaxın olan Rüfət Axundovdur. Rüfətlə uşaqlıqdan eyni məhəllədə böyümüşük. Sənətə də birgə başlamışıq. Anası müəlliməm olub. Onu deyim ki, oxumağa yeni başlayanda avtomobilim yox idi. Çox vaxt məni evə Rüfət aparırdı. İndi isə biz ailəvi dostuq. Ümumiyyətlə, dostluq etməyi sevirəm. Bir sözlə, dostluq xəstəsiyəm".