"Azərbaycanla İran dost deyil"

1 Oktyabr 2012 14:05 (UTC+04:00)

"İranla Azərbaycanın dostluq münasibətləri var. Kimin nə problemi varsa getsin öz problemini həll etsin". SİA-nın xəbərinə görə, bu sözləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ABŞ Konqresinin üzvünün Cənubi Azərbaycanla bağlı hazırladığı layihəyə münasibət bildirərkən deyib.

O, bəzi tərəfləri Azərbaycana və azərbaycanlılara problem yaratmaqda, İranla Azərbaycanın arasını vurmaqda ittiham edib: "İran Azərbaycanın, Azərbaycan da İranın ərazi bütövlüyünü tanıyır. O layihənin Ağ Evə göndərilməsi, konqresdə müzakirəyə çıxarılması, Azərbaycana qarşı səmimiyyətdən irəli gəlmir. Yaxşı olardı ki, həmin konqresmen məsələ ilə bağlı ABŞ prezidentinə, Minsk Qrupunun həmsədrlərinə müraciət etsin. Azərbaycanın heç bir dövlətin torpağında gözü yoxdur".

İclasda çıxış edən millət vəkili İqbal Ağazadə isə öz növbəsində vurğulayıb ki, Azərbaycanla İran dost deyil.

Könül Kamilqızı