"BMT və Rusiyaya müraciət edilməlidir”

1 Oktyabr 2012 13:40 (UTC+04:00)

Bu gün Milli Məclisin keçirilən payız sessiyasının iclasında millət vəkili Sabir Rüstəmxanlı Ermənistandakı Rusiya hərbi bazalarının rəsmi Yerevana verilməsi ilə bağlı məsələni qaldırıb.

SİA-nın xəbərinə görə, o qeyd edib ki, Rusiyanın silahları Ermənistandan işğal olunmuş Dağlıq Qarabağ ərazisinə keçirməsinə heç kim təminat verə bilməz: "Çünki həmin hərbi bazalarda işləyənlər ermənilər özləri olacaq".

O, bu məsələ ilə bağlı BMT və Rusiyaya müraciət etməyi və BMT-dən buna reaksiya verilməsinin ciddi tələb olunduğunun vacibliyini də vurğulayıb.

Buna cavab olaraq Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, Azərbaycan Rusiyanın Ermənistanda olan hərbi bazalarının Ermənistana təhvil verilməsindən narahatçılıq keçirir: "Bununla bağlı Azərbaycanın müvafiq strukturları ilə bir neçə dəfə görüşüb, məsələ qaldırmışam. Onlar da bildirib ki, bu məsələ araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra rəsmi açıqlama veriləcək".

Könül Kamilqızı