Zahid Oruc: "Sanksiyalar sərtləşdirilməlidir"

1 Oktyabr 2012 13:20 (UTC+04:00)

Milli Məclisin payız sessiyası çərçivəsində keçirilən ilk iclasında payız sessiyasının qanunvericilik işlər planı müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, millət vəkili Zahid Oruc bildirib ki, Milli Məclisdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş dinləmələr təşkil olunsun.

Xarici işlər nazirinin müavini Araz Əzimovun danışıqların dayanması barədə son bəyanatını xatırladan millət vəkili bildirib ki, xarici ölkə səfirlərinin iştirakı ilə parlamentdə bu məsələ ilə bağlı dinləmələrin keçirilməsi zəruridir: "Bəyan etməliyik ki, bundan sonra bütün məsuliyyət Ermənistanın üzərindədir, danışıqlardan Ermənistan imtina edir. Biz bu addımı ona görə atmalıyıq ki, lokal qarşıdurmalar olsa, müharibədə başlıca məsuliyyət Ermənistanın üzərində olsun".

Zahid Oruc onu da əlavə edib ki, Milli Məclis dini simvolların təhqirinə görə, sanksiyaların sərtləşdirilməsi barədə qanuna dəyişiklik etməlidir.

Könül Kamilqızı