Məmurlar cinayət başında yaxalandı

1 Oktyabr 2012 13:17 (UTC+04:00)

Hazırda Baş prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 94 cinayət işinin istintaqı davam etdirilir. SİA-nın məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib. O vurğulayıb ki, "161" qaynar xəttinə fəaliyyətə başladığı gündən bu günədək 4000-ə yaxın müraciət daxil olub: "Həmin müraciətlərdən 1000-dən çoxu müsbət həllini tapıb".

Z. Qaralov, həmçinin qeyd edib ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 29 əməliyyat tədbiri aparılıb və nəticədə korrupsioner məmurlar cinayət başında yaxalanıblar.