"Fənərbağça"nın futbolçusu millimizdə

1 Oktyabr 2012 14:39 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İspaniyanın Alikante şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edir. Siasport.az saytının məlumatına görə, yğmamızın heyətinə daha iki futbolçu - Mirkamil Həşimli ("Fənərbağça", Türkiyə) və Mertcan Akar ("Fortuna Düsseldorf 1895", Almaniya) qoşulub.