Güləşçilərimiz Batumidən 3 qızıl medalla qayıdırlar

1 Oktyabr 2012 14:18 (UTC+04:00)

Sentyabrın 27-dən 29-na qədər Gürcüstanın Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib. Siasport.az saytının məlumatına görə, turnirdə yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamızın 3 üzvü iştirak edib.

Məşqçi Akif Əliyevin rəhbərliyi altında yarışa yollanan güləşçilərimizin hər biri fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Belə ki, 50 kq çəkidə Kərim Cəfərov, 60 kq-da Murad Məmmədov və 66 kq çəkidə mübarizə aparan Amil Əhmədov bütün rəqiblərindən üstün olub və turnirin baş mükafatını əldə ediblər.