Yeni komissiya yaradıldı

1 Oktyabr 2012 12:20 (UTC+04:00)

Milli Məclisdə Ramil Səfərovla bağlı Beynəlxalq Təşkilatlara və parlamentlərə Azərbaycan parlamentinin mövqeyini bildirmək üçün yeni komissiya yaradılıb. SİA-nın xəbərinə görə, plenar sessiyanın ilk iclasında Milli Məclisin sədri Oqtay Əsədov bu təkliflə çıxış edib. Yaradılan yeni komissiyanın sədri Valeh Ələsgərov, üzvləri Rəfael Cəbrayılov, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Mübariz Qurbanlı, Rasim Musabəyov, Sədaqət Vəliyevadır.

"Son dövrlər Azərbaycan ordusunun zabiti Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı təzyiq cəhdləri var. Bu cəhdlərin qarşısını ala bilmək üçün belə komissiyanın yaradılması vacibdir"-deyə, Milli Məclisin sədri qeyd edib.

Oqtay Əsədov deyib ki, Avropa Şurasına üzv ölkələrin parlament rəhbərlərinin iclasında Ramil Səfərov məsələsinin beynəlxalq hüquqa zidd olmadığı bildirilib.

Ermənipərəst qüvvələr bu məsələdən istifadə edərək Dağlıq Qarabağ məsələsini gündəmdən çıxarmaq, Azərbaycana hər hansı təzyiqlər göstərmək istəyirlər.

Könül Kamilqızı