Bakıda "İnter"in futbolçularına silahlı hücum olundu ŞOK!

1 Oktyabr 2012 12:13 (UTC+04:00)

Bakının "İnter" klubunun üzvlərinə silahlı hücum olub. Siasport.az saytının məlumatına görə, gürcüstanlı futbolçular Azərbaycan paytaxtında hədə-qorxuya məruz qalıb. Komandanın müdafiəçisi Valeri Abramidze və qapıçı Georgi Lomaya hədələnib.

Bu hadisə hər hansı bar və ya restoranda deyil, futbolçuların evlərinə getdiyi yolda baş verib. 4-5 nəfər naməlum şəxs oyunlçulara hücum edərək, onlardan pul tələb edib. Qarşı tərəf bununla razılaşmayınca, tərəflər arasında yumruq davası düşüb. Quldurlar istəklərinə nail ola bilmədiklərini görüb, futbolçuların üstünə bıçaq çıxardıblar. Lakin Abramidze və Lomaya ciddi xəsarət almayıb. Hazırda hər iki futbolçu özünü yaxşı hiss edir. //fanat.az