Gələn ilin dövlət büdcəsi nə qədər olacaq?

1 Oktyabr 2012 11:56 (UTC+04:00)

"Gələn ilin dövlət büdcəsində Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar üzrə proqnoz 2012-ci ilə nisbətən 200 mln. manat və ya 17% artırılaraq 1 380 mln. manat səviyyəsində nəzərdə tutulub". SİA-nın məlumatına görə, bunu DGK-nin sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, proqnoz tərtib olunarkən 2013-cü il üçün ümumi iqtisadi proqnozlar, ölkədə həyata keçirilən investisiya layihələri və son illər ölkəyə idxal dinamikası əsas götürülüb: "Hələlik gələn il üçün gömrük rüsumlarının deyişməsi nəzərdə tutulmayıb".