İran prezidenti Azərbaycana gəlir

1 Oktyabr 2012 11:18 (UTC+04:00)

İran prezidenti Mahmud Əhmədinejad Azərbaycana səfər edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək prezidentin səfəri oktyabrın 13-14-nə planlaşdırılır. Səfər çərçivəsində İran prezidentinin Azərbaycan rəhbərliyi ilə görüşü də nəzərdə tutulur.