Minik maşını soyulub

1 Oktyabr 2012 10:40 (UTC+04:00)

Bakının Nərimanov rayonu ərazisində maşın oğruları peyda olub. SİA-nın xəbərinə görə, Nərimanov rayon sakini Xanlar Qasımova məxsus 90-GV-697 dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik maşını qarətçilərin hədəfinə tuş gəlib. Hadisə Qarabağ küçəsi 33-də "Dəmiryolu" bankının qarşısında baş verib. Gecə vaxtı ərazidəki sükutdan istifadə edən soyğunçular ustalıqla maşının qapısını açaraq Xanlar Qasımova məxsus sürücülük vəsiqəsini, eləcə də maqnitofon və səs gücləndiriciləri bir yerdə digər əşyaları ilə götürərək aradan çıxıblar. Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları gəlib və baxış keçirərək əl izləri götürülüb.

Qeyd edək ki, son günlərdə Nərimanov rayonu ərazisində bu cür oğurluq faktları artıb.

Mamed Bağırov