Macarıstan-Azərbaycan biznes forumu keçiriləcək

1 Oktyabr 2012 09:54 (UTC+04:00)

İqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycanın iş adamlarından ibarət nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeştə səfər edəcəklər. SİA-nın xəbərinə görə, səfər 8-9 oktyabr tarixlərində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq.

Səfər zamanı Macarıstan-Azərbaycan Biznes Forumu və hər iki ölkənin iş adamları arasında ikitərəfli görüş keçiriləcək.