7,1 bal gücündə zəlzələ baş verdi

1 Oktyabr 2012 06:30 (UTC+04:00)

Kolumbiyada güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların gücü 7,1 bal olub. Zəlzələnin episentri ölkənin cənub-qərbində, Ekvador sərhədi yaxınlığında yerləşib. Episentrdən 300 kilometr uzaqlıqdakı Ekvadorun paytaxtı Kitonun sakinləri də təkanları hiss ediblər.

Hələlik tələfat və dağıntı barədə məlumat yoxdur. Sakit okeanın Amerikanın Kalifoniya ştatındakı cənub sahillərində sunami təhlükəsi elan edilib. Lakin sunami barədə məlumat verilmir.