Güzgünün varlığı bəzə nə deyir?

30 Sentyabr 2012 14:11 (UTC+04:00)

Səhər oyanan kimi güzgüyə baxırıq. Axşam yatmazdan əvvəl də qeyri-ixtiyari olaraq güzgüyə nəzər yetiririk. Sanki hər gün onunla salamlaşıb, sağollaşırıq. Hətta ağlayanda da güzgüyə baxıb, göz yaşlarımızı silirik. Güzgü - energetik örtüyə, səthə malikdir. O, həm mənfi, həm də müsbət enerjinin daşıyıcısıdır. Güzgülər qədim dövrə malikdir. Hamilə, zahı qadınlar güzgüyə yalnız səhər və günorta baxa bilərlər. Axşam güzgüyə baxmaq qəti olmaz. Yoxsa şər qüvvələrin təsirinə məruz qalarlar. Ümumiyyətlə gecə yatanda güzgünün üzərini örtmək məsləhət görülür.

Psixologiya elmi də çoxdan sübut edib ki, güzgü insanın emosiyalarını yadda saxlayır, özünə hopdurur, sonra bu emosiyaları enerji şəklində ona baxan insanlara ötürür. Araşdırmalar zamanı o da məlum olub ki, hər bir fərdin şəxsi digər əşyaları kimi şəxsi güzgüsü də olmalıdır və o güzgüdən yalnız özü istifadə etməlidir.

Güzgünün sirri keçmişdə də insanları maraqlandırıb və müəyyən fikirlər formalaşıb: Hamilə, zahı qadınlar güzgüyə yalnız səhər və günorta baxa bilər. Axşam qəti olmaz, yoxsa şər qüvvələrin hücumuna məruz qalarsız; yeni doğulmuş körpəni altı aylığına kimi güzgüyə yaxınlaşdırmağa icazə vermirlər ona görə ki, uşağın bəsirət gözü o vaxta kimi açıq, aura qatı zəif olur. Uşağın ruhunu güzgü apara bilər, yaxud da uşaq gec dil açıb, gec yeriyər. Uşaq güzgüdə özün görüb qorxa da bilər .

Hətta elimizin xeyir və şər işlərində də güzgünün özünə məxsusu bir yeri var. Toy günü güzgü öndə gedir. Bunun da əsas səbəbi bəy-gəlinə dəyə biləcək göz-nəzər, bəd niyyət və mənfi enerji güzgüyə hopsun, cütlüklərə ziyan vurmasın deyə. Evdə cənazə olarkən güzgülərin üstünə ağ parça salırlar. Bu da onunla izah olunur ki, əgər güzgü açıq olarsa cənazə evdən çıxarılıb dəfn edilsə də, ruh güzgü labirintində əbədi qalacaq.Güzgüdə əsir olan ruh narahat ruhdur, evdəki canlı insanların aurasına ağırlıq gətirib, bədbəxtliklərə səbəb ola bilər.

Güzgüdə gördüyümüzün yarısı bizim real dünyaya, ikinci tərəfi isə o biri qaranlıq və sirli aləmə bağlıdır. O, həm mənfi, həm müsbət enerjinin daşıyıcısıdır. Güzgü cazibə və əks təsiretmə qüvvəsinə malikdir. İnanmırsızsa, televizorun pultunu götürün, onu hər dəfə etdiyiniz kimi birbaşa televizora tuşlayıb basmayın. Pultu güzgüyə tuşlayıb, kanalları çevirin. Görəcəksiz ki, kanallar asanlıqla dəyişir. Deməli, güzgü istənilən şüanı tutub, lazımi istiqamətə yönəldir. Güzgüdə gördüyümüz sadəcə, şəkil deyil. Orada güzgü aləmində yaranmış əkiztayımızı görürük. Biz öz aləmimizdə, evimizdə yaşadığımız ki, o da güzgü aləminin sakinidir.

Əntiq güzgülər də qədim qəsrlər kimi ağır, sirli, dərinliyində ruh və kabuslar məskunlaşmış ola bilər. Keçmişdə yaşamış və bu güzgüdən istifadə etmiş, artıq həyatda olmayan insanların xatirələri, izləri güzgüdə qalır. Heç bir əşya-hətta daraq belə güzgü qədər insana bağlı olub, öləndən sonra onun haqda informasiyanı saxlamır. İçində ruh əsiri olan kabus güzgünü nə baxıcı, nə cadugər, nə keşiş təmizləyə bilməz. Yeganə yol - kənar yerdə güzgünü sındırmaqdır. Adətən, belə güzgülər buz kimi soyuq və tükürpədici olur. Qatil güzgülər Orta əsrlərdə varlı ingilis taciri öz arvadını xəyanətdə suçlayaraq, onu elə bəzəndiyi güzgünün qarşısında öldürdü. Həmin il evi başqa ailə alır, bir gecə evin xanımını güzgünün qarşısında ölü tapırlar. XIX əsrin qatil güzgüsü bir neçə dəfə alınıb-satılan evin sahibələrinin axırına çıxmışdı. Güzgü əlamətlərinin əsl mənası Ölü öləndə güzgünün üstü bağlanır, ona görə ki… Güzgü iki aləmi birləşdirən qapıdır. Ölən adamın ruhu bədəndən çıxan kimi yolu səhv sala bilər və ya öz bədəninə qayıtmaq istəyər. O zaman real bədənə yox, güzgüdəki bədənə keçəcək. Çünki əsl bədəndə ruhun qayıda biləcəyi nöqtə bağlanır.

İnsan yatarkən də ruhu bədəndən çıxır, bədən iflic vəziyyətində olur, ancaq ruhun bədənə qayıdış dəliyi bağlanmır. Yatan adamın yuxular aləminə səyahətə çıxan ruhu güzgüdəki ruhla təmas yarada bilər. Güzgüdəki ruh bu ruhu çağıra, zərər vurmağa qadirdir. Belə vəziyyətin real həyatda təzahürü: dəhşətli yuxular, yuxuda azmaq, kimsə tərəfdən çağırılmaq, boğulmalar. Ruhlu güzgünün təsirindən insan hətta yuxuda ölə də bilər. Bunu da deyim ki, sınıq və ya çartlamış güzgünü evdə saxlamazlar, çünki belə güzgü bədbəxtlik və uğursuzluq əlamətidir.