Azərbaycan ilk MDB ölkəsi oldu

28 Sentyabr 2012 16:21 (UTC+04:00)

Azərbaycan yeni Apple iPhone 5 smartfonunun rəsmi satışlarını başlayır

Azərbaycan yeni Apple iPhone 5 smartfonunun rəsmi satışlarını başlayan MDB məkanında ilk ölkə oldu. İKT İnformasiya Mərkəzindən SİA-ya verilən məlumata görə, Azərbaycanda ilk rəsmi satışlar ümumdünya satışlarından cəmi iki gün sonra başladı. İlk 100 Apple iPhone 5 smartfonu "Alma Store", "World Telecom", "Irshad Telecom", "DNS", "NLT", "Computex" və s. yüksək texnoloji avadanlıqları üzrə ixtisaslaşan şəbəkələr tərəfindən rəsmi satışlar başlanandan cəmi 15 dəqiqə ərzində satıldı.

Apple iPhone 5 smartfonunun Azərbaycanda rəsmi distribusiyası ilə məşğul olan "Caspian Mobile" şirkətinin nümayəndəsi İlyas Əhmədovun bildirdiyinə görə, yeni modelin yalnız nano sim-kartları ilə istismar olunduğunu nəzərə alaraq, "Caspian Mobile" tərəfindən smartfonun satışları ilə məşğul olan ilk beş dilerə sim-kartı, nano sim-karta çevirən qurğu hədiyyə olundu.

"Hazırda Azərbaycanda rəsmi satılmış bütün Apple iPhone 5 smartfonları heç bir texniki problemlə üzləşmədən istismar olunur. Artıq Azərbaycana rəsmi satışlar üçün təqdim olunmuş smartfon partiyası artıq satılmışdır", - deyə şirkət nümayəndəsi bildirib.