Cümşüd Nuriyev: "Müxalifət 2013-cü il seçkilərində 9 yox, 90 dövlətin razılığın alsalar belə, hakimiyyətə gələ bilməyəcəklər"
Niyaməddin Orduxanlı: "İsa Qəmbər Azərbaycan siyasətində son akkordlarını vurur"
2010-cu ildə ölkədə keçirilən parlament seçkilərindən sonra narazı qüvvələr, xüsusilə AXCP-Müsavat cütlüyü "İctimai Palata" adlı qondarma bir qurum yaratdı. Guya demokratik qüvvələrin birliyi adı altında fəaliyyət göstərəcək bu qurum çox keçmədi ki, ölkədə dağıdıcı və pozucu əməlləri ilə yadda qaldı. Bu qurumda dağıdıcılıq və pozuculuq etməsində xüsusi rol oynayan AXCP sədri Əli Kərimov çirkin planlar hazırlayaraq bir neçə gənci qanunsuz aksiyalara cəlb etdi. Ə.Kərimli ilə yanaşı Müsavat başqanı İ.Qəmbərin də bu çirkin planlarda rolunu xüsusi vurğulmaq lazımdır. Keçirilən bütün qanunsuz aksiyalarda heç nə əldə edə bilməyən bu qüvvələr məcbur qalıb şəhərdə dağıdıcılıq etməyə cəhd göstərdilər. Şəhərin mərkəzi küçələrinə, əhalinin daha sıx olduğu yerlərə yürüş etməklə ictimai asayişi pozan rəzil qüvvələr nəticədə anti-Azərbaycan meyilli qüvvələrin sifarişini yerinə yetirə bilmədi. Anti-Azərbaycan meyilli qüvvələrin "İctimai Palata"ya göstərdiyi "etimadı" doğrulda bilməyən rəzil şəxslərə edilən maliyyə yardımlarının ardı kəsildi. Buna görə də tez-tez qoplamalarla müşaiyət olunan "İctimai Palata" artıq ciddi maliyyə problemləri yaşayır. Ona görə də Ə.Kərimlinin başı Əbülfəz Elçibəyin zəhərlənməsini ört-basdır etməyə qarışdığından, qrant axtarışı üçün yola Müsavat başqanı İ.Qəmbər çıxıb. Onun bir müddət öncə çirkin məqsədlərini həyata keçirmək üçün Gürcüstanda Ermənistan Ümummilli Hərəkatı İdarə Heyətinin sədri Aram Manukyanla birgə saziş imzalaması da qrant axtarışında olduğunu deməyə əsas verir. Hətta bir neçə gün öncə İ.Qəmbərin Türkiyəyə etdiyi səfəri çərçivəsində erməni ictimi-siyasi xadimlərinin iştirak etdiyi toplantıda ermənilərlə əməkdaşlığının növbəti mərhələsi məlum oldu. Davamlı bu tür görüşlərin keçirilməsi onun yeni ampulada olmasını deyir.
Cümşüd Nuriyev: "Müxalifət 2013-cü il seçkilərində 9 yox, 90 dövlətin razılığın alsalar belə, hakimiyyətə gələ bilməyəcəklər"
Politoloq Cümşüd Nuriyev İsa Qəmbərin son görüşlərini, gəzişmələrini "Səs" qəzetinə şərh edərkən qeyd etdi ki, Müsavat başqanı İ.Qəmbər özünü müxalifətin favoriti hesab edir. Ona görə də düşünür ki, danışıqlarda, bu tip görüşlər keçirməklə özünə dəstək tapacaq: "Müxalifət bu tip görüşlərdə çox böyük səhvlərə yol verir. Çünki Azərbaycanın taleyi heç də, başqa dövlətlərin və ya ayrı-ayrı etnik qrupların nümayəndələrində deyil. Azərbaycan dövlətinin taleyini Azərbaycan xalqı həll edir. Bu şəxs qrantla yanaşı, siyasi dəstək axtarışındadı.
İsa Qəmbərin belə addımlar atmasını qorxudan doğan bir məsələ olduğunu vurğulayan politoloq C.Nuriyev qeyd etdi ki, ilk öncə onlar "vahid namizəd" müəyyənləşdirsinlər: "İndidən quracağı siyasətin tərkib elementi ondan ibarətdir ki, əvvəlki illərdə olduğu kimi 2013-cü ildə keçirilən seçkilərin saxta olduğunu desin. Yaxşı olar ki, İ.Qəmbər və müxalifət liderləri öz aralarında "vahid namizəd" məsələsində razılığa gəlsinlər. Əgər bunlar bir ovuc müxalifətin içərisində ümumi dil tapa bilmirlərsə, Azərbaycan xalqı içərisində necə dil tapacaqları inandırıcı görünmür. Heç də fikirləşməsinlər ki, 1992-ci ildəki kimi 9 dövlətin razılığını alıb hakimiyyətə gələcəklər. Amma müxalifət 2013-cü il seçkilərində 9 yox, 90 dövlətin razılığın alsalar belə hakimiyyətə gələ bilməyəcəklər".
"Ermənistan prezidenti S.Sarkisyanla da müqavilə bağlasalar belə, yenə də xeyri yoxdur"
Daha sonra politoloq bildirdi ki, onların fikiləri 20 il öncəyə getməsin: "Azərbaycan 20 il bundan qabaqkı dövlət deyil. Bu axtarışlar müxalifətin çox zəif və nə qədər xalqdan uzaq olduğunun göstəricisidir. Müxalifətin bu tip gəzişmələri göstərir ki, müxalifət artıq seçki aqoniyasına düşüb. Düşdükləri vəziyyət onları o qədər narahat edir ki, hətta keçirilməmiş seçkinin 1 il öncədən saxta olacağını bəyan edirlər. Bütün bunlar bizə tanış mövzulardır. Çox təəssüflər olsun ki, 20 ildən artıq bir müddətdə bizim müxalifət küçə çayxanalarından çıxıb, heç olmasa elit çayxanalara gedə bilmədilər".
"Bu müxalifətdə nə desən gözləmək olar. Onlar şeytanla da müqavilə bağlayarlar. Bunlar gedin Ermənistan prezidenti S.Sarkisyanla da müqavilə bağlasar belə yenə xeyri yoxdur. Çünki əvvəla ermənilərin özləri acınacaqlı gündədi. Müxalifətin maliyyə axtarışında olmasında qeyri-adi bir şey yoxdur. Bizim müxalifətin yeni yaratdığı təşkilatlar daha çox bəzi adamların yeni maliyyə mənbələri əldə etməsinə xidmət edir. İndi də bunu "İctimai Palata" ilə həyata keçirirlər. ən qorxulu şey odur ki, "İP"-in bəzi üzvləri özlərini siyasi ipdən asmaq istəyirlər. Əldə edəcəkləri maliyyələr onların siyasi intiharına çevriləcək. Alacaqları maliyyələr onların dar ağacı olacaq və bunların siyasi intiharı həmin o siyasi iplərlə həyata keçiriləcək. Bunları dərk edə-edə yenidən belə addımları atmaq ən azı siyasi savadsızlıqdır" - deyə Cümşüd Nuriyev bildirdi.
Niyaməddin Orduxanlı: "2013-cü il seçkilərindən sonra İsa Qəmbər mövcud olmayacaq"
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin ictimai-siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı "Səs" qəzetinə bildirdi ki, İsa Qəmbərovun görüşlərində müəyyən nüanslar var: "Düşünür ki, kimlərdənsə nəsə maliyyə vəsaiti qoparda bilər. İnanmaq olmaz ki, artıq İ.Qəmbərə hansısa təşkilatlar ciddi maliyyə dəstəyi versin. Ona verilən maliyyə dəstəyini Azərbaycanın milli maraqlarını sevməyən təşkilatlar tərəfindən verilə bilər. İ.Qəmbər Azərbaycan siyasətində son akkorlarını vurur. 2013-cü il seçkilərindən sonra İ.Qəmbər mövcud olmayacaq. O nə axtarışına çıxmış olsa belə. Onun son 20 il ərzində apardığı siyasət bütövlükdə yalnış siyasət olub".
BAXCP sədrinin müavini qeyd etdi ki, İ.Qəmbərin atdığı addımlar Azərbaycan müxalifətinə hər hansı bir uğur gətirməyib: "2013-cü ildə də namizədliyini irəli sürmək istəyir. Amma bir neçə gün öncə İ.Qəmbərin qardaşı Rövşən Qəmbər mətbuata açıqlama verib. Onun fikirlərinə diqqət yetirsək məlum olur ki, onun yaxınları Ölkə Prezidenti İlham Əliyevin siyasətindən razıdır. Prezidentin apardığı siyasət xalqa yönəlik siyasətdir. Əgər İ.Qəmbərin doğma qardaşı açıq şəkildə bunları etiraf edirsə və onların ən yaxın qohumları Prezident İlham Əliyevin siyasətini dəstəkləyirsə, o 2013-cü ildə keçiriləcək seçkilərdə hansı uğur qazanacaq? Qeyd olunduğu kimi 20 illik siyasi fəaliyyətinin fonunda öz qohumları belə prezidetin siyasətini dəstəkləyirsə burda fərqli bir mənzərə ortaya çıxır. Birmənalı şəkildə düşünürəm ki, 2013-cü ildə ən güclü rəqib İlham Əliyevdi və keçiriləcək seçkinin favoritidir. Bu mənada o hansı qrant axtarışlarında olsa belə, faydasızdır. Hətta axtarışlar belə heç bir fayda verməyəcək".
Babək Hacıyev