"İnter" "Neftçi" ilə Sneydersiz oynayacaq

27 Sentyabr 2012 14:05 (UTC+04:00)

Avropa Liqasının qrup mərhələsində bir neçə gün sonra məşhur "İnter" klubu ilə öz meydanında qarşılaşacaq "Neftçi" klubunun işi bir qədər aslanlaşıb. Siasport.az saytının məlumatına görə, rəqib komanda ölkəmizə itki ilə gələcək. Belə ki, komandanın lider futbolçularından olan Sneyder zədələnib. Futbolçu A Seriyasının "Kyevo" ilə oyununda sıradan çıxıb. Onun "Neftçi" ilə oyunda forma geyinməyi real görsənmir.

Aydan Xanlarqızı