Türkiyəli futbolçu buddist olub

26 Sentyabr 2012 12:34 (UTC+04:00)

Türkiyəli futbolçu buddist olub. Siasport.az saytının məlumatına görə, bir azmanlar "Qalatasaray" və "Beşiktaş" klublarında forma geyinən Berkant Göktan buddizmi qəbul edib. 31yaşlı futbolçu dörd il öncə narkotikə görə karyerasında eniş yaşamışdı. Hazırda isə onun bu bəladən qurtulduğu bildrilir. Özünə ikinci şansı verən futbolçu buddizmi seçərək, "Mən futbolu çox sevirəm. Özümü yenidən göstərmək istəyirəm. Nəyə qadir olduğumu çox yaxşı bilirəm",- deyə bildirib.

Aydan Xanlarqızı