"Sumqayıt" klubu "Bakı" ilə oyunun hazırlığına başlayıb

26 Sentyabr 2012 12:16 (UTC+04:00)

Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Neftçi"ni məğlubiyyətə uğradan (3:2) "Sumqayıt" klubu "Bakı" ilə oyunun hazırlığına başlayıb. Siasport.az saytının məlumatına görə, komandanın heyətində zədəli futbolçu yoxdur. Yalnız Taner Taktak fərdi məşqlərlə kifayətlənir. Aftandil Hacıyev isə bərpa prosesini yekunlaşdıraraq kollektivə qoşulub. "Sumqayıt"da bu gün istirahət günüdür.

Qeyd edək ki, "Sumqayıt" klubu Premyer Liqanın 7-ci turu çərçivəsində doğma azarkeşləri qarşısında "Bakı"nı qəbul edəcək.