“İnter” "Neftçi" ilə oyuna hazırlaşır

26 Sentyabr 2012 09:58 (UTC+04:00)

"İnter" "Şəfa" stadionunda bərpa xarakteri daşıyan məşq keçib. Siasport.az saytının məlumatına görə, paytaxt klubu Premyer Liqanın VI turu çərçivəsində "Neftçi" komandasına qarşı keçiriləcək oyunun hazırlıqlarına başlayıb. Komanda dünən bir dəfə məşq edib.

Qeyd edək ki, "İnter" - "Neftçi" matçı sentyabrın 28-də keçiriləcək.