Gənclər IV Gənclər Musiqi Akademiyasına dəvət alıblar

26 Sentyabr 2012 09:34 (UTC+04:00)

Azərbaycanlı gənc musiqiçilər oktyabrın 1-8-də Ukraynanın Lvov şəhərində xalq artisti Yuri Başmetin himayəsi altında keçiriləcək MDB ölkələrinin IV Gənclər Musiqi Akademiyasında iştirak etmək üçün dəvət alıblar.

SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın bir neçə istedadlı musiqiçisi bu akademiyada iştirak edəcək. Bu sırada Dövlət Xor Kapellasının artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti İlham Nəzərov (vokal), Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri - prezident təqaüdçüsü Ceyla Seyidova (skripka) və Üzeyir Mahmudbəyli (viola) var.