"Bəşər Əsəd getməlidir!"

25 Sentyabr 2012 21:47 (UTC+04:00)

ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasının tribunasından suriyalı həmkarına səslənib. Xarici mətbuata istinadən verilən məlumata görə, Obama 1,5 il hərbi müxalifətə duruş gətirən Bəşər Əsədi istefa verməyə çağırıb.

"Biz yenə də bəyan edirik ki, Suriya xalqının əzablarına son qoyulması və yeni mərhələnin başlanğıcı üçün Əsəd rejimi bitməlidir. Suriyanın gələcəyi öz xalqını öldürən diktatora məxsus olmamalıdır", - deyə Obama vurğulayıb.