Millimizin təlim-məşq toplanışı olacaq

25 Sentyabr 2012 18:02 (UTC+04:00)

2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində oktyabrın 16-da, Moskva şəhərindəki "Lujniki" stadionunda Rusiya - Azərbaycan oyunu keçiriləcək. Sasport.az saytının məlumatına görə, bu oyuna hazırlıq məqsədilə oktyabrın 5-dən 13-dək Bakı şəhərində millimizin təlim-məşq toplanışı təşkil olunacaq.