Cennifer Lopez Azərbaycana təşəkkür edir

24 Sentyabr 2012 14:02 (UTC+04:00)

Dünya şöhrətli ulduz Cennifer Lopez dünən Bakının "Kristal Zal"ında verdiyi möhtəşəm konsertə proqramının təəssuratlarını bölüşüb. SİA-nın məlumatına görə, özünün Twitter səhifəsində Azərbaycana minnətdarlıq hissini bildirən Lopez Emin Ağalarovu da unutmayıb: "Çox sağ olsun Emin Ağalarov, gecəyə xüsusi rəng qatdı. Bakı sakinlərə də minnətdaram. Məni çox isti qarşıladılar".

Onu da bildirək ki, məşhur müğənninin növbəti konsert proqramı Belarusiyada olacaq.