Quti futbolu buraxdığını elan etdi!

22 Sentyabr 2012 19:19 (UTC+04:00)

Məşhur ispaniyalı futbolçu, "Real2 klubunun əfsanələrindən sayılan Quti Hernandez, futbolu buraxdığını elan edib. Siasport.az saytı Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, son olaraq İstanbulun "Beşiktaş" futbol klubunda forma geyən ulduz futbolçu, İspaniyanın "Brand" radiosuna açıqlamasında bildirib ki, artıq futbolu buraxmaq haqqında qərar qəbul edib və bundan sonrakı həyatını ailəsi ilə birlikdə keçirməyi düşünür. O, qarşıdakı bir neçə il ərizndə hansısa klubda məşqçi kimi fəaliyyətə başlayacağını da istisna etməyib.